YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövşən Rzayev: İnsan hüquq və azadlıqlarının təmin olunması Azərbaycan dövlətinin daxili siyasət kursunun əsas istiqamətlərindən biridir

«İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması Azərbaycan dövlətinin daxili siyasət kursunun əsas istiqamətlərindən biridir». Bu fikri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev  deyib.

R.Rzayev bildirib ki, dövlət öz vətəndaşlarına qarşı kifayət qədər humanist mövqedədir. Onun sözlərinə görə, vətəndaşların cəmiyyət daxilində təhlükəsiz, əmin-amanlıq şəraitində yaşaması, onların öz imkan və qabiliyyətlərindən səmərəli istifadə etmələri diqqət mərkəzindədir.

«Humanizm siyasəti vətəndaş-dövlət münasibətlərinə təsir göstərən vacib amildir. Eyni zamanda, dövlətin humanist siyasətini xalq yüksək qiymətləndirir və bu da əhalinin ölkə rəhbərliyinə onsuz da güclü olan etimadını daha da qüvvətləndirir. Nəticədə, cəmiyyətdə qarşılıqlı hörmət və rəğbət, habelə qanunçuluq prinsiplərinə söykənən uğurlu vətəndaş-dövlət münasibətləri formalaşır» - R.Rzayev vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv