Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Prezidenti Yoaxim Qauka təbrik ünvanladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Yoaxim Qauka Almaniya Federativ Respublikasının milli bayramı – Alman Birliyi Günü münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “Azərbaycan-Almaniya münasibətləri dinamik və hərtərəfli inkişaf yolundadır. İnanıram ki, dostluq əlaqələrimizin genişlənməsi, əməkdaşlığımızın bütün sahələrdə dərinləşməsi yolunda qarşılıqlı addımlarımız bundan sonra da tərəfdaşlığımızın möhkəmlənməsinə xidmət edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Almaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.”