YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ombudsman: Beynəlxalq birlik Ermənistanın işğalçılıq siyasətinə son qoyulması üçün ciddi addımlar atmalıdır

«Son illər Azərbaycanda insan hüquqlarına dair bir sıra mühüm strateji sənədlər qəbul olunub». Bu fikri İnsan hüquqları üzrə müvəkkil, ombudsman Elmira Süleymanova deyib.

E.Süleymanova bildirib ki, həmin sənədlər insan hüquqlarına geniş təminat verir. Onun sözlərinə görə, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yüzminlərlə vətəndaşımızın hüquqları pozulub.

«Bir milyona qədər vətəndaşımız bu işğal nəticəsində öz torpaqlarında yaşamaq hüququndan məhrum olub. Onların əmlakı, mülkiyyəti talan və məhv edilib. İşğalçı dövlətin hərbi birləşmələri tərəfindən atəşkəs tez-tez pozulur və bundan mülki insanlar da ciddi ziyan çəkirlər. Beynəlxalq birlik Ermənistanın işğalçılıq siyasətinə son qoyulması üçün ciddi addımlar atmalıdır»- deyə, ombudsman vurğulayıb.