YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yussif Heşam: Azərbaycan dünyada sülhün bərqərar olmasına çalışan ölkədir

Azərbaycan sülhpərvər ölkə olmaqla yanaşı, həm də dünyada sülhün bərqərar olmasına çalışan ölkədir. Artıq ənənə halını almış Bakı Beynəlxalq Humanitar Forumu bunun əyani təsdiqi sayıla bilər.

Bu sözləri V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) baş katibinin humanitar məsələlər üzrə köməkçisi Yussif Heşam AZƏRTAC-a eksklüziv müsahibəsində deyib.

Azərbaycana ilk dəfə gəldiyini bildirən Yussif Heşam vurğulayıb ki, ölkəmizlə bağlı əldə etdiyi məlumatlar ilk səfərdə təsdiqini tapıb. Azərbaycanda inkişaf, ən əsası isə inkişafa meyil var və bu, ilk baxışda nəzərə çarpır.

“Hazırda dünyanın qarşılaşdığı qlobal problemlər humanitar yox, siyasi müstəvidə həll olunmalıdır. Yalnız bundan sonra xalqların tələb və istəkləri yerinə yetirilə bilər”, - deyə Y.Heşam bildirib.

İƏT baş katibinin köməkçisi qeyd edib ki, Azərbaycan multikulturalizm çərçivəsində sülhün bərpası üçün çalışır. Bu çox müsbət və başqa ölkələrə örnək ola biləcək bir haldır.

 

DİGƏR Xəbərlər Arxiv