YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Forumun “dəyirmi masa”larından biri də qaçqın və məcburi köçkünlərin problemlərinə həsr olunub

Beşinci Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “dəyirmi masa”lardan biri də “İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi” mövzusuna həsr olunub.

Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəisi Əşrəf Şıxəliyev tədbiri açaraq Forumun əhəmiyyətindən danışıb.

Sonra “Qaçqın və məcburi köçkünlərə dövlət qayğısı” qısametrajlı filmi nümayiş etdirilib.

Mövzu ilə bağlı çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, son illər dünyada müxtəlif səbəblər, o cümlədən münaqişə, müharibə, təbii fəlakətlər üzündən miqrasiya proseslərinin əhatə dairəsi sürətlə genişlənir. Bunun nəticəsində öz ölkələrini tərk etməyə məcbur qalan və ağlasığmaz dəhşətlərə düçar olanların sayı ilbəil artır. Statistik məlumata görə, bu gün dünya üzrə qaçqınların və məcburi köçkünlərin sayı 60 milyondan çoxdur. Bu da 20 il əvvəlki vəziyyətlə müqayisədə 3 dəfə çoxdur.

Bolqarıstanın vitse-prezidenti Marqarita Popova bildirib ki, insan kapitalının qorunub saxlanması dünya üçün çox vacibdir. Bərabərsizlik, ədalətsizlik, humanitar böhranlar doğrudan da işimizi çətinləşdirir, insanları bir-birindən ayrı salır. Biz əl-ələ verib bu problemlərin aradan qaldırılmasına çalışmalıyıq, ədalətsizliklərə, qanunsuzluqlara “yox” deməliyik. Bakıda keçirilən forumlar – humanitar və qlobal forumlar bu baxımdan çox önəmlidir.