Xəbərlər
Akif Əlizadə: V Bakı Beynəlxalq Humanitar Forumu dünyadakı aktual məsələlərin müzakirəsi baxımından əhəmiyyətlidir
«V Bakı Beynəlxalq Humanitar Forumu dünyadakı aktual məsələlərin müzakirəsi baxımından əhəmiyyətlidir». Bu fikri AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib.
A.Əlizadə bildirib ki, forum dünyanın bütün bölgələrindən məşhur alimləri, siyasətçiləri bir araya gətirmək baxımından böyük platformadır. Onun sözlərinə görə, bu tədbirin paytaxtımızda keçirilməsi artıq ənənəyə çevrilib.
«Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Bu tədbirlər ən müxtəlif sahələri əhatə edir. Bütün bunlar Azərbaycanın dünyada artan nüfuzunun göstəricisidir»- deyə, A.Əlizadə vurğulayıb.