Xəbərlər
Sergey Lebedev: Referendumun nəticələri Azərbaycan xalqının real iradəsini əks etdirir
Azərbaycan Konstitusiyasına çıxarılmış dəyişikliklər üzrə referendumun nəticələri bu ölkənin xalqının real iradəsini əks etdirir.
Bunu MDB İcraiyyə Komitəsinin rəhbəri Sergey Lebedev deyib.
Onun sözlərinə görə, referendumun nəticələri göstərir ki, Azərbaycan xalqı Konstitusiyaya dəyişiklikləri dəstəkləyir. /Trend/
S.Lebedev xatırladıb ki, referendumda işləyən MDB-nin müşahidəçi missiyası referendumu legitim, şəffaf, demokratik hesab edib.