YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

19 saylı Nərimanov birinci Seçki Dairəsinin 7 saylı məntəqəsində seçici fəallığı yüksəkdir

Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi (referendum) Bakının Nərimanov rayonunda uğurla keçir. Qeyd edək ki, rayon ərazisində 3 seçki dairəsi - 19 saylı Nərimanov birinci, 20 saylı Nərimanov ikinci və 18 saylı Nərimanov-Nizami seçki dairələri fəaliyyət göstərir.

Rayonda seçicilər səsvermə prosesində aktiv iştirak edirlər. Məsələn, 19 saylı Nərimanov birinci Seçki Dairəsinin 7 saylı məntəqəsində də seçici fəallığı müşahidə olunurdu. Seçki məntəqəsinin sədri Məhyəddin Həsənov məntəqə üzrə 1302 seçicinin qeydiyyatda olduğunu bildirib. Onun sözlərinə görə, insanlar fəal şəkildə səsvermə prosesində iştirak edirlər: "Seçicilərin normal iştirakı üçün məntəqədə bütün şərait var və məntəqə lazımi texniki avadanlıqlarla təchiz olunub". 

Məntəqə sədri deyib ki, səsvermə prosesini YAP-ın, müxalifət partiyalarının nümayəndələri, eləcə də şəxsi təşəbbüsü ilə müşahidəçi olanlar izləyirlər.

Müşahidəçilərdən Larisa Stankinas və Dilavər Ağayeva da səsvermə prosesinin normal qaydada keçdiyini və heç bir qanun pozuntusuna rast gəlmədiklərini qeyd ediblər.