Xəbərlər
Litvada referendumla bağlı səsvermə davam edir
Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər və əlavələr edilməsi ilə əlaqədar ümumxalq səsverməsində (referendumda) Litvada daimi və ya müvəqqəti yaşayan həmvətənlərimizin iştirakının təmin edilməsi məqsədilə 16 saylı Yasamal ikinci seçki dairəsinin Azərbaycanın Litvadakı səfirliyində yaradılmış 38 saylı seçki məntəqəsində səsvermə davam edir.
Seçici hüququna malik həmvətənlərimiz öz seçimlərini etmək üçün səhər saatlarından məntəqəyə gəlir və səsvermədə fəal iştirak edirlər. Məntəqədə saat 12:00-dək 37,5 faiz seçici səs verib.
Səsvermə prosesi ilə bağlı Litvanın “alkas.lt” internet portalı tərəfindən çəkiliş aparılıb.
Azərbaycanın Litvadakı səfirliyində yaradılmış seçki məntəqəsi yerli vaxtla saat 19:00-da bağlanacaq.