YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MDB Paralementlərarası Assambleyasının üzvü: Seçicilər referendumda aktiv iştirak edirlər

«Referendum çox yüksək səviyyədə təşkil edilib. Vətəndaşlar öz fikirlərini azad şəkildə ifadə etmək imkanındadırlar». Bunları MDB Paralementlərarası Assambleyasının üzvü, beynəlxalq seçki müşahidə missiyasının üzvü Bahram Abdualimov ölkəmizdə keçirilən referendumla bağlı açıqlamasında bildirib. Onun sözlərinə görə, bütün seçki məntəqələrində yüksək səviyyədə şərait mövcuddur: «Müşahidə kameralarının olması seçkinin şəffaf keçirilməsini təsdiqləyən amillərdəndir. Hər bir kəs məhz bu veb kameralar vasitəsilə seçkinin gedişini izləmək imkanı qazanır. Seçicilər referendumda aktiv iştirak edirlər. Bizim müşahidələrimizə görə hər bir məntəqədə seçicilərin mühüm əksəriyyəti artıq səsvermədə iştirak ediblər. Hər bir şey normal şəkildə tənzimlənib. Kənar müdaxilələr, qanun pozuntusu qeydə alınmayıb». 

DİGƏR Xəbərlər Arxiv