Xəbərlər
Çin vaxtı ilə saat 15:00-dək Pekində 62 faiz seçici səsvermə hüququndan istifadə edib
Ümumxalq səsverməsi (referendum) ilə əlaqədar Çin Xalq Respublikasındakı səfirliyimizdə yaradılan seçki məntəqəsində yerli vaxtla səhər saat 15:00-dək adları seçici siyahısında olan vətəndaşların təxminən 62 faizi səsvermə hüququndan istifadə edib.
Məntəqə seçki komissiyasından bildiriblər ki, heç bir qanun pozuntusu qeydə alınmayıb.