YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhalinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz artaraq 17,8 milyard manata çatmışdır

2014-cü ilin yanvar-iyun aylarında əhalinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz artaraq 17,8 milyard manata çatmışdır.

Dövlət Statistika Komitəsindən bildirmişlər ki, əhalinin alıcılıq qabiliyyəti 2013-cü ilin eyni dövrünə nisbətən 1,7 faiz yüksəlmişdir. Gəlirlərin 70,2 faizi son istehlak xərclərinə, 9,2 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 18 faizi isə yığıma yönəldilmişdir.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 16,1 milyard manat və ya ötən ildəkindən 5 faiz çox vəsait qalmışdır.