Xəbərlər
Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 5,5 faiz artmışdır
Carı ilin 6 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 5,5 faiz artmışdır.
İyulun 1-nə olan statistikaya əsasən, bu artımdan sonra fərdi uçot sistemindəki əcnəbilərin sayı 18 min 31 nəfərə yüksəlmişdir.
Fonddan bildirmişlər ki, ümumilikdə 102 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə, Gürcüstan və Rusiya vətəndaşlarına məxsusdur. Hazırda sistemdə qeydiyyatda olan əcnəbilərin 10 min 352 nəfərini Türkiyə, 1960 nəfərini Gürcüstan, 956 nəfərini Rusiya Federasiyasının vətəndaşları təşkil edir.
Sonrakı yerlərdə İran İslam Respublikası (582), Hindistan (444), Çin Xalq Respublikası (421), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (277), Özbəkistan (211), Banqladeş Xalq Respublikası (194), Ukrayna (169), Pakistan İslam Respublikası (164), Almaniya (162), Filippin (140), Bosniya və Herseqovina (131), Qazaxıstan (129), Türkmənistan (127), İtaliya (121) ABŞ (120), Malayziya (93) və s. ölkələr gəlir.
Qeyd edək ki, 2006-cı ilin yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb edilən digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesinə başlanılmışdır.