YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yasamal rayonunda «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupu qadın seçicilərlə görüş keçirib

Ümumxalq səsverməsinə hazırlığın ən mühüm mərhələsi olan təbliğat  kampaniyasına  «Həmrəy olaq, «HƏ» deyək» çağırışı ilə başlayan və  mütəşəkkilliklə davam etdirən  «Yeni Azərbaycan» referendum üzrə  təşviqat qrupunun seçicilərlə görüşləri biri-birindən maraqlı keçirilir.  

YAP Qadınlar Şurasının  referendumla bağlı  keçirdiyi görüşdə Konstitusiya islahatları barədə  maraqlı açıqlama verildi.

YAP  Yasamal rayon təşkilatında keçirilən  tədbirdə partiyanın Yasamal, Nəsimi,  Suraxanı,  Binəqədi, Abşeron,  Qaradağ, Xəzər rayonlarının fəalları təmsil olunurdu.

 Görüşü giriş sözü ilə açan  YAP Yasamal rayon təşkilatının sədri Tağı ƏhmədovAli Qanunumuzda edilən dəyişiklik və əlavələrin mahiyyəti , dövlətçilik sisteminin təkmilləşdirilməsindəki səmərəsi barədə  məlumat verdi.

Milli Məclisin deputatı,  YAP-ın beynəlxalq əlaqələr şöbəsinin müdiri,  partiyanın  Qadınlar Şurası sədrinin müavini, «Yeni Azərbaycan» referendum üzrə təşviqat  qrupunun səlahiyyətli nümayəndəsi Sevinc Fətəliyeva müstəqilliyimizin  ilk günlərindən qüdrətli Azərbaycan naminə  fəadkarlıq göstərən Azərbaycan qadınlarının siyasi hazırlıq və  ölkə iqtisadiyyatının inkişafındakı rolundan danışdı. Bildirdi ki,  cəmiyyətin aparıcı qüvvəsi olan  qadınlar referendumda da  fəallıq göstərəcək,  ümumxalq səsverməsində öz sözlərini deyəcəklər.

 Milli Məclisin deputatı,  YAP Siyasi Şurasının üzvü,  partiyanın Nəsimi rayon təşkilatının sədri  Məlahət İbrahimqızı,  Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gözəllik Mərkəzinin direktoru,  YAP Qadınlar  Şurası İdarə Heyətinin üzvü Zərifə Quliyeva çıxış edərək  təbliğat kampaniyası çərçivəsində  keçirilən seçicilərlə  görüşdə  hiss olunan yüksək əhval- ruhiyyəni dövlətin daxili və xarici siyasətinin dəstəklənməsinin ifadəsi adlandırdı.

 YAP-ın Yasamal,  Abşeron,  Binəqədi rayon təşkilatları Qadınlar Şuralarının  sədrləri Tamella Şahbazova,  Təyyibə Hüseynova,  Aytac Əliyeva  çıxış edərək  bütün siyasi kampaniyalarda  fəallıq göstərən qadınların 26 sentyabrda da  mütəşəkkil siyasi qüvvə kimi birlik və həmrəylik göstərəcəklərini vurğuladılar.

 Seçicilər  «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun «Həmrəy olaq, «HƏ» deyək» çağırışına qoşularaq səsvermədə elliklə iştirak edəcəklərini bəyan etdilər.