YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: İnkişaf yenilik tələb edir və bu da özünü dövlətin əsas qanunlarında öz əksini tapmalıdır

«Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər dövlət təhlükəsizliyinin təminatında, sabitliyin qorunmasında müstəsna rol oynayacaq». Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, Referendum Aktı layihəsində təhlükəsizlik məsələlərinin yer alması onu deməyə əsas verir ki, dövlətimizin təhlükəsizliyi prioritet məsələlərdəndir. Bundan başqa ölkədə birinci vitse-prezident və vitse-prezidentlər vəzifələrinin təsis edilməsi də olduqca vacibdir”.

«Əvvəlki illərdə-2002-2009-cu illərdə də Konstitusiyamızda bir sıra əlavə və dəyişikliklər olub. Onun isə nəticəsi göz önündədir. Ölkədə nə qədər sosial, iqtisadi layihələr həyata keçirilib. Hər sahədə inkişaf nəzərə çarpır. Bu baxımdan da hesab edirəm ki, inkişaf yenilik tələb edir və bu da özünü dövlətin əsas qanunlarında öz əksini tapmalıdır. Əgər hər hansı bir dövlətin konstitusiyasında dəyişiklik edilirsə, demək inkişafdan irəli gəlir. Mən hər bir seçicini bu seçkilərdə fəal iştirak etməyə, məntəqələrə gedərək öz səslərini verməyə çağırıram. Yeniləşən və daim inkişaf edən Azərbaycan naminə öz sözümüzü, öz gücümüzü seçki günü göstərək»- deyə, R.Əliyev qeyd edib.