YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Konstitusiyaya təklif edilən dəyişikliklər ölkəmizi daha da irəli aparmaq məqsədi daşıyıк

«Konstitusiyaya təklif edilən dəyişikliklər ölkəmizi daha da irəli aparmaq məqsədi daşıyır. Bu dəyişikliklər eyni zamanda, insan hüquqlarının qorunmasına xidmət edir». Bu fikirləri «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupu tərəfindən vəkil edilmiş şəxs, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, Konstitusiya islahatları nəticəsində dövlət idarəçilik sistemində yeni təsisatlar yaranacaq. Onun sözlərinə görə, bu yeniliklər siyasi sistemin daha da təkmilləşdirilməsinə xidmət edir.

«Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər siyasi sistemin daha da möhkəmləndirilməsi ilə yanaşı, müasir çağırışlara cavab verən idarəetmə modelini də yaratmış olacaq, Azərbaycanda çevik və radikal qərarlar qəbul etməyə imkan verən təkmil dövlət idarəçiliyi sistemi formalaşdırılacaq. Vitse-prezidentlik institutu idarəçiliyin operativliyini daha da artıracaq, dövlətçiliyi möhkəmləndirəcək, Prezidentin qəbul etdiyi sərəncamların, fərman və qərarların hökumət tərəfindən vaxtında icra olunmasına nəzarəti artıracaq. Bu, hakimiyyətin daha möhkəm, davamlı olması, arıdıcıllığın gözlənilməsi üçün idarəetmədə çox vacib bir institutdur. Bütövlükdə, vitse-prezidentlik institutunun yaradılması Konstitusiyaya edilən dəyişikliklərin çox mühüm tərkib hissəsidir və Azərbaycan dövlətinin öz inkişafında artıq yeni bir mərhələyə qədəm qoymasından xəbər verir»- deyə, M.Quliyev qeyd edib.