YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hüseynbala Mirələmov: Yeni islahatlar müxtəlif istiqamətləri əhatə etməklə ümumi inkişafa daha effektiv təsir göstərir

«Sentyabrın 26-da ölkəmizdə Konstitusiyaya əlavə və dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsi – referendumun keçirilməsi məhz ölkəmizdə müxtəlif sahələri əhatə edən islahatlar fəlsəfəsindən irəli gəlir. Sirr deyil ki, ölkəmizdə siyasi, iqtisadi, mədəni, hüquqi və digər sahələrdə, o cümlədən idarəetmə sistemində ardıcıl islahatlar həyata keçirilir. Yəni davamlı inkişaf naminə müəyyən olunmuş strateji hədəflərə çatmaq üçün böyük işlərə start verilib». Bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclisin deputatı, «Yeni Azərbaycan» referendum üzrə səlahiyyətli nümayəndəsi Hüseynbala Mirələmov deyib.

H.Mirələmov bildirib ki, yeni islahatların, başlanmış böyük işlərin nəticələri gələcək illərdə özünü göstərəcək. Onun sözlərinə görə, bu islahatlar hansısa ayrılıqda götürülmüş bir istiqaməti əhatə etmir. Bu islahatlar müxtəlif istiqamətləri əhatə etməklə ümumi inkişafa daha effektiv təsir göstərir. Bütövlükdə isə, həyata keçirilən və reallaşdırılması nəzərdə tutulan islahatlar sayəsində ölkəmiz daha yüksək nailiyyətlər əldə etmək gücündədir.

«Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada demokratiya quruculuğu yetkin mərhələyə daxil olub. Vətəndaşların hüquq və azadlıqlarının daha yüksək səviyyədə qorunması, qanunun aliliyinin tam təmin edilməsi istiqamətində işlər davam etdirilir. Korrupsiya və rüşvətxorluğa, insan alveri, beynəlxalq cinayətkarlıq və qaçaqmalçılığa qarşı mübarizənin gücləndirilməsi, elektron hökumətin qurulması, “ASAN xidmət” sisteminin yaradılması, qeydiyyat və vergi ödəmələri prosedurlarının sadələşdirilməsi, müxtəlif sahələrdə qanunvericiliyin təkmilləşdirilməsi və digər addımlar bunu təsdiq edir. Onu da qeyd edək ki, ölkəmizdə idarəetmə sahəsində həyata keçirilən islahatlar yeni mərhələyə qədəm qoyub. Burada daha çox bir-birini təkrarlayan, bənzər funksiyalar yerinə yetirən qurumların işinin tənzimlənməsi, idarəetmədə islahatların davamlılığına nail olunması, o cümlədən neqativ hallara qarşı ictimai nəzarət mexanizminin formalaşdırılması kimi amilləri də xüsusi qeyd etmək lazımdır. Bütün bu sadalananların timsalında qeyd edə bilərəm ki, Konstitusiyaya təklif olunan dəyişikliklər idarəetməni daha da təkmilləşdirəcək, hüquqların etibarlı təminatçısı olacaq və islahatların səmərəliliyini təmin edəcək»- deyə, H.Mirələmov vurğulayıb.