YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Sentyabrın 26-da keçiriləcək referendumun nəticələrində biz xalqın dəstəyini daha aydın görəcəyik

«Regionda və dünyada baş verən hadisələr hamımızın gözünün qabağındadır. Milli dövlətlərin təhlükəsizliyinə qarşı mövcud olan hədələr hər kəsi qabaqlayıcı tədbirlər görməyə sövq edir». Bu fıikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, Azərbaycan dünyada cərəyan edən hadisələr fonunda öz sabitliyini, müstəqilliyini möhkəmləndirə bilib. Bununla belə, yeni şəraitdə daha əhatəli tədbirlər görməyə ehtiyac yaranır. Ona görə də, biz bu gün Konstitusiyaya əlavə və dəyişikliklərdən danışarkən tam məsuliyyətimizlə bildiririk ki, bu dəyişikliklər zərurətdən irəli gəlir və ölkənin daha güclü olmasına, daha sürətli inkişafına, daha əhatəli islahatların həyata keçirilməsinə şərait yaradacaq.

«Əlbəttə, vətəndaşlarımız bu prosesə böyük maraq göstərirlər. Keçirilən görüşlərimizdə də bunu açıq şəkildə müşahidə etməkdəyik. Doğrudur, bəzi müxalifət partiyaları bu dəyişikliklərə qarşı çıxır, amma onların bununla bağlı ortaya heç bir arqument qoya bilməməsi, dəyişikliklərlə bağlı əsaslandırılmış mövqelərinin olmaması da göstərir ki, bu qüvvələrin yanaşması sadəcə qərəzlidir və heç bir məntiqə söykənmir. Mən əminəm ki, xalqımız bu qüvvələrin fikirlərini qəbul etmir və ölkəmizin daha da inkişafı, vətəndaşların həyat şəraitinin daha da yaxşılaşmasına xidmət edən bu dəyişikliklərə dəstək verir. Sentyabrın 26-da keçiriləcək referendumun nəticələrində biz bu dəstəyi daha aydın görəcəyik. Çünki təklif olunan dəyişikliklər ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatında aparılan islahatların nəticəsidir və bu islahatlar xalqımız tərəfindən daim dəstəklənib. Mən bir daha bütün vətəndaşlarımızı referendumda fəal iştirak etməyə və Konstitusiyaya təklif olunan bu dəyişikliklərə səs verməyə çağırıram»- deyə, səlahiyyətli nümayəndə vurğulayıb.