Xəbərlər
Prezident İlham Əliyev Monqolustanın Prezidenti Saxiaqiyn Elbeqdorja təbrik göndərdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monqolustanın milli bayramı münasibətilə bu ölkənin Prezidenti Saxiaqiyn Elbeqdorja təbrik göndərdi.
Təbrikdə deyilir: “Ümidvaram ki, Azərbaycan ilə Monqolustan arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monqolustan xalqına sülh və tərəqqi diləyirəm”.