Xəbərlər
Azərbaycanda qidaların saxlanması təhlükəsizliyi beynəlxalq standartlara cavab verir
Azərbaycanda qidaların saxlanması təhlükəsizliyi beynəlxalq standartlara cavab verir.
Bu sözləri Ümumdünya Soyuducu Anbarlar Alyansının (ÜSAA) Beynəlxalq Proqramlar üzrə vitse-prezidenti Riçard Treysi deyib.
O, bildirib ki, Azərbaycanda olduğu müddətdə bir sıra obyektlərdə olub. Bu obyektlərdə qidaların saxlanılması üzrə təhlükəsizlik tam olaraq beynəlxalq standartlara cavab verir.
“Bəzi yerlərə bir az yardım göstərilməlidir ki, onlar da beynəlxalq standartlara tam cavab versin”, deyən R.Treysinin sözlərinə görə ÜSAA bu sahədə əməkdaşlıq etməyə hazırdır.