Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmona təbrik ünvanladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona bu ölkənin Milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “Azərbaycanı və Tacikistanı sıx dostluq, əməkdaşlıq və qarşılıqlı fəaliyyət telləri bağlayır. Əminəm ki, çoxəsrlik mehribanlıq ənənələrinə əsaslanan ikitərəfli münasibətlərimiz bundan sonra da möhkəmlənəcək və dinamik inkişaf edəcək.
Hörmətli Emoməli Şərifoviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dövləti fəaliyyətinizdə uğurlar, dost Tacikistan xalqına sülh və firavanlıq arzu edirəm.”