Xəbərlər
Referendum günü seçki məntəqələrində təxirəsalınmaz tibbi yardım briqadaları fəaliyyət göstərəcək
Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi günündə seçki məntəqələrində təcili və təxirəsalınmaz tibbi yardım briqadaları fəaliyyət göstərəcək.
Bunu Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cavadov deyib.
Onun sözlərinə görə, təcili tibbi yardım briqadaları həmin gün gücləndirilmiş iş rejimində çalışacaqlar.