Xəbərlər
Prezident İlham Əliyev Salyan şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı Sərəncam imzaladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyan şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzaladı.
Sərəncama əsasən, Salyan şəhərində 1200 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Salyan Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrıldı.