YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni Azərbaycan“ təşviqat qrupu tərəfinən referendumun təbliğat-təşviqat kampaniyası çərçivəsində Suraxanı rayonun Hövsan qəsəbəsində tədbir keçirilib

“Yeni Azərbaycan“ təşviqat qrupunun Suraxanı rayon şöbəsi Azərbaycan Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinin (referendum) təbliğat-təşviqat kampaniyası ilə bağlı tədbir keçirib. Hövsan qəsəbəsində keçirilən tədbirə 1200 seçici  qatılıb.

Görüşdə ilk çıxış edən  YAP Suraxanı rayon təşkilatının aparat rəhbəri Fərman Rəsulov Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi haqqında təşəbbüslə çıxış etdiyini, təşəbbüsün Konstitusiya Məhkəməsi tərəfindən dəstəkləndiyini və 26 sentyabr 2016-cı il tarixində Referendumun keçiriləcəyi barədə Ölkə Başçısının Sərəncamını seçicilərin diqqətinə çatdırıb. Daha sonra o, Referendum Aktında nəzərdə tutulan maddələr və mətn dəyişiklikləri haqqında geniş məlumat verdi.

“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Sevinc Fətəliyevaya tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan xalqı referendumda iştirak etməklə özünün və gələcək nəsillərin necə yaşayacağını müəyyən edəcək. Onun sözlərinə görə, Konstitusiyaya təklif edilən dəyişiklər zamanın və gündəmin tələbidir: “ Xalqımızın hüquqlarının qorunması çox vacibdir. Bu baxımdan  Konstitusiyaya təklif edilən dəyişiklərin əksəriyyətinin insan haqlarının qorunmasına həsr edilməsi sevindirici haldır. Bu, Azərbaycanda insan haqları mövzusunun ən önəmli olduğunun göstəricisidir”.

“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu tərəfindən vəkil edilmiş şəxs, millət vəkili Ağacan Abıyev çıxışında qeyd edib ki,  26 sentyabrda Azərbaycan xalqının  gələcək müqəddəratı həll olunacaq: "Bu baxımdan xalqımız budəfəki seçkilərdə daha fəal olmalı, və öz gələcək inkişafı naminə səs verməlidir.

Söz YAP Suraxanı rayon təşkilatı Qadınlar Şurasının sədri Zəkiyyə Musayeva bildirib ki, Referendum Aktı insan hüquq və azadlıqlarını əhatə edir: "Bu dəyişikliklər Azərbaycana uğur gətirəcək" 

Sonda Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının aparat rəhbəri Fərman Rəsulov hamını həmrəy olmağa, Referendumda iştirak edib Konstitusiyada nəzərdə tutulan əlavələrə və dəyişikliklərə səs verməyə çağırdı. 

Sonda çıxış edən seçicilər sentyabrın 26-da keçiriləcək seçkilərdə həmrəy olub, Referenduma "hə" deyəcəklərini qeyd etdilər.