YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunun Salyan ərazisindən keçən 23,4 kilometrlik hissəsi istismara verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Salyan rayonuna səfəri çərçivəsində Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun bu rayonun ərazisindən keçən 23,4 kilometrlik (31-ci kilometrdən 54,4-cü kilometrədək) hissəsinin açılışında iştirak edib.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, magistralın Ələt-Masallı hissəsinə daxil olan Yenikənd-Salyan layihəsi üzrə tender keçirilib və 2014-cü ilin mayında tenderin qalibi “EVRASCON-AzWirt” birgə müəssisəsi ilə podrat müqaviləsi imzalanıb. Birinci texniki dərəcəli yolun eni 26,5 metrdir. Dörd hərəkət hissəsinin və çiyinlərin hər birinin eni 3,75 metrdir. Avtomobillərin hərəkətinin tənzimlənməsi məqsədilə kifayət sayda yol təhlükəsizlik dirəyi və müxtəlif yol nişanları quraşdırılıb, yol cizgi və yol göstərici xətləri çəkilib. Magistral boyunca iki yeni körpü və bir tunel inşa olunub.

Sonra Prezident İlham Əliyevə Kür çayı üzərində salınmış yeni körpü haqqında məlumat verildi. Bildirildi ki, körpünün uzunluğu 363 metr, yanalma yolları ilə birlikdə 1,4 kilometr, eni isə 30 metrə yaxındır. Körpüdə hər birinin eni 3,75 metr olan dörd hərəkət zolağı var. Piyadaların körpüdən rahat və təhlükəsiz şəkildə istifadəsi üçün 1,3 metr enində səkilər qurulub. Yeni körpü suyun səviyyəsindən 15 metr hündürlükdə inşa edilib.

Prezident İlham Əliyev yolun və körpünün rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.