YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Laçınlı seçicilər Konstitusiyaya təklif olunan əlavə və dəyişiklikləri dəstəkləyəcəklər

"Məlum olduğu kimi, sentyabrın 26-da keçiriləcək Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsinə dair ümumxalq səsverməsi – (referendum) ilə əlaqədar təşviqat kampaniyasına start verilib. Ölkə üçün əhəmiyyətli olan bütün siyasi proseslərdə olduğu kimi, bu prosesdə də Yeni Azərbaycan Partiyası (YAP) öz fəallığı ilə fərqlənir". Bunu YAP Laçın  rayon təşkilatının sədr müavini Xaliq Musayev deyib.

O bildirib ki, "Yeni Azərbaycan" təşviqat qrupunun Laçın rayon şöbəsində laçınlı məcburi köçkünlərin yaşadıqları 58 rayon üzrə 102 məntəqə seçki komissiyasının yerləşdiyi ərazilərdə təbliğat materiallarının asılması üçün gənclərdən ibarət qrup yaradılıb: "Bu gün səhər saatlarından etibarən "Yeni Azərbaycan" təşviqat qrupunun Laçın rayon şöbəsində yaradılmış operativ qrup və YAP-ın gənc fəalları müvafiq dairə seçki komissiyalarının əhatə etdiyi bütün seçki məntəqələrinin ərazilərində yerləşdirilmiş lövhələrdə təbliğat plakatlarını asıblar. Əminəm ki, laçınlı seçicilər ölkəmizdə insan hüquqlarının müdafiəsinin gücləndirilməsi və dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi üçün Konstitusiyaya təklif olunan əlavə və dəyişiklikləri dəstəkləyəcəklər".