Xəbərlər
“Yeni Azərbaycan” təşviqat qrupunun Şamaxı şöbəsi təşviqat materiallarının yapışdırılması prosesi uğurla başa çatdırdı
Sentyabrın 3-də səhər saat 08-00-dan etibarən “Yeni Azərbaycan” təşviqat qrupunun Şamaxı şöbəsində qərargah üzvləri 63 seçki məntəqəsi üzrə təbliqat lövhələrində təşviqat materiallarını yapışdırdılar.
Təşviqat materiallarının lövhələrdə yerləşdirməy üçün partiya fəalları Altay Məmmədov, Namizəd Əzizov, Rəşaiq Məmmədov və Zaur Hüseynov təhkim olunmuşdular.
Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının Aparat rahbəri Altay Məmmədov məlumat verdi ki, YAP sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməyə (referendum) ciddi şəkildə hazırlaşaraq zəruri addımlar atır. A.Məmmədov qeyd etdi ki, təşviqat materiallarının yapışdırılması prosesi uğurla başa çatdı, bundan əlavə olaraq ayrı-ayrı bukletlər, təbliğat-təşviqat materialları seçicilərə paylanılacaq. Partiya fəalları Konstitusiyaya olunacaq əlavə və dəyişikliklər barədə seçicilərə ətraflı məlumatlar verəcəklər.