Xəbərlər
Nazir müavini: Məqsəd ölkədə əhalini ucuz, keyfiyyətli, ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları ilə təmin etməkdir
2006-cı ildən indiyədək Bakı şəhəri üzrə 1050 kənd təsərrüfatı məhsulları yarmarkası keçirilib. Eyni zamanda, belə yarmarkalar Sumqayıt və Abşeronda da fəaliyyət göstərir. Bunu kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib.
İ.Quliyev qeyd edib ki, yarmarkalarda indiyədək 240 min tondan çox məhsul satılıb.
«Məqsəd ölkədə əhalini ucuz, keyfiyyətli, ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları ilə təmin etmək, həmçinin fermerlərin yarmarkalara maneəsiz çıxışına şərait yaratmaqdır» - deyə, nazir müavini vurğulayıb.