Xəbərlər
Azad Rəhimov: Şahmat Olimpiadasında yığmamızdan yüksək nəticələr gözləyirik
Şahmat üzrə Azərbaycan yığması Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasında yüksək nəticələr göstərəcək.
Bunu gənclər və idman naziri Azad Rəhimov mətbuat konfransında deyib.
O bildirib: "Çox şadıq ki, Olimpiada "Crystal Hall" kimi gözəl məkanda keçiriləcək. Müqayisə etmək istəmirəm, ancaq belə gözəl təşkil edilmiş Şahmat Olimpiadası görməmişəm"./Trend/
Bakı Şahmat Olimpiadasının əməliyyat direktoru Mahir Məmmədov Azərbaycan yığmasının Olimpiadada ən azı ilk üçlüyə daxil olacağına əminliyini ifadə edib.
O qeyd edib ki, bütün təşkilati işlər yüksək səviyyədə təşkil edilib və bu prosesə respublikanın ən yaxşı mütəxəssisləri cəlb edilib.