YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Məsimli: Kənd təsərüüfatında istehsalın artırılması üçün geniş imkanlar var

«Azərbaycanda həm kənd təsərrüfatı, həm sənaye, həm də digər sahələrdə istehsalın bir neçə dəfə artırılması mümkündür. Bu istiqamətdə sistemli tədbirlər həyata keçirilir». Bu fikirləri Milli Məclisin deputatı Əli Məsimli deyib.

Ə.Məsimli bildirib ki, bütün bunlar nəticəsində yeni iş yerləri açılacaq, əhalinin gəlirləri artacaq. Onun sözlərinə görə, bu məqsədlərə nail olmaq üçün nəzərdə tutulan tədbirlərə düzgün əməl etmək lazımdır.

«Bu baxımdan, kənd təsərüüfatında istehsalın artırılması üçün geniş imkanlar var. Kənd təsərrüfatı məhsullarının istehsalında istixanalardan istifadə edilməsi, xaricə daha çox hansı məhsulların çıxış imkanının olması məsələsinin təhlil edilməsi mühüm rol oyanır. Əgər işlər nəzərə tutulduğu kimi davam etsə, kənd təsərrüfatı məhsullarının ixrac imkanları daha da artacaq. Keçən il bu göstərici 600 milyon dollara bərabər idi. Bu rəqəmlər əvvəlki illərə nisbətən xeyli dərəcədə yüksək olsa da, mövcud potensial fonunda hazırkı gəliri 2-3 dəfə artırmaq olar»- deyə, deputat qeyd edib.