Xəbərlər
Şimal-qərb bölgəsində beynəlxalq turizm zonası yaradılacaq
Ölkə başçısının verdiyi tapşırığa əsasən, Şamaxıdan Balakənə qədər olan ərazidə turizm infrastrukturu daha da gücləndiriləcək.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu barədə jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə hazırda təkliflər hazırlanır. Şimal-qərb bölgəsində və ümumilikdə, Azərbaycanın digər dilbər yerlərində turizmin inkişafı üçün xüsusi zonaların yaradılması məsələsi gündəmdədir və bu istiqamətdə iş gedir. Burada tarixi abidələrin bərpası ilə yanaşı, turistlər üçün xüsusi dayanacaqların yaradılması, mədəni xidmətlərin çeşidliliyinin gücləndirilməsi, həmçinin kadr hazırlığı ilə bağlı təkliflər irəli sürülüb.