Xəbərlər
Prezident İlham Əliyev Qılman İlkinin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzaladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, xalq yazıçısı Qılman İlkinin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzaladı.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, xalq yazıçısı Qılman İlkinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirəcəkdir.