Xəbərlər
MSK "Yeni Azərbaycan" təşviqat qrupunu qeydə aldı

Bu gün Mərkəzi Seçki Komissiyasının iclasında “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun qeydə alınması məsələsinə baxılıb.
Trend-in məlumatına görə, bu barədə MSK-nın katibi Arifə Muxtarova bildirib.
O qeyd edib ki, 2016-cı il sentyabrın 26-na təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı refendumda təşviqat qrupu qismində iştirak etmək üçün Yeni Azərbaycan Partiyası tərəfindən yaradılmış “Yeni Azərbaycan” təşəbbüs qrupu imzatoplama kampaniyasını başa çatdırıb və qeydə alınması üçün MSK-ya təqdim edib.
Daha sonra məsələ səsə qoyulub və təşviqat qrupu qeydə alınıb.