Xəbərlər
Çingiz Qənizadə: Azərbaycanla bağlı proseslərə obyektiv yanaşılmalıdır

«ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı bir sıra hadisələrə yanaşması yanlışdır». Bu fikri Milli Məclisin deputatı Çingiz Qənizadə deyib.
Ç.Qənizadə bildirib ki, bəzi QHT-lər başqa dövlətlərin marağına uyğun fəaliyyət göstərirlər. Onun sözlərinə görə, vergidən yayındığına görə qanuni olaraq məsuliyyətə cəlb edilmiş şəxslərlə bağlı məsələni siyasiləşdirmək doğru deyil.
«Hər bir qeyri-hökumət təşkilatları və digər təşkilatlar cəmiyyət və yoxlayıcı orqanlar üçün açıq olmalıdır. Əgər kimsə qanunun tələblərini pozursa, qanunvericiliklə məsuliyyət daşıyır. Bu baxımdan, ABŞ Dövlət Departamentinin bəyanatları obyektiv olmalıdır»- deyə, Ç.Qənizadə qeyd edib.