Xəbərlər
Nikaraquanın xarici işlər naziri Azərbaycana rəsmi səfərdədir

İyulun 8-10-da Nikaraqua Respublikasının xarici işlər naziri Samuel Santos Lopez Azərbaycan Respublikasında rəsmi səfərdə olacaqdır.
Səfər çərçivəsində Samuel Santos Lopezin iyulun 9-da Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulmuşdur.
Görüşdən sonra xarici işlər nazirləri birgə mətbuat konfransı keçirəcəklər.