Xəbərlər
Prezident İlham Əliyev Ramazan Abdulatipovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, həmçinin Azərbaycan və Dağıstan xalqları arasında dostluq, əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə Ramazan Hacımuradoviç Abdulatipovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzaladı.