Xəbərlər
Bir qrup kino xadiminə fəxri adlar verilib
Prezidenti İlham Əliyev iyulun 29-da Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə bir qrup kino xadiminə fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən 1 nəfər “Xalq artisti”, 5 nəfər “Əməkdar incəsənət xadimi”, 2 nəfər “Əməkdar artist”, bir nəfər “Əməkdar rəssam”, 10 nəfər “Əməkdar mədəniyyət işçisi” fəxri adına, 3 nəfər isə “Tərəqqi” medalına layiq görülüb.