YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaşda referendum üzrə ilkin təşəbbüs qrupu yaradıldı

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının qərargahında referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması və “Yeni Azərbaycan” referendum üzrə təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi ilə bağlı yığıncaq keçirilib.

YAP Ağdaş rayon təşkilatının sədri, Milli Məclisin deputatı Cavid Osmanov Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə Sərəncamının ölkəmiz üçün əhəmiyyətindən bəhs edib.

C.Osmanov bildirib ki, Azərbaycanda Konstitusiya 1995-ci ildə qəbul olunub və 2002, 2009-cu illərdə Əsas Qanuna əlavə və dəyişikliklər edilib. İndi də növbəti referndumun keçirilməsi ərəfəsindəyik. Vurğulanıb ki, bu cür dəyişikliklər dünyanın bir çox dövlətlərinin  təcrübəsində də öz əksini tapıb.

Sonra YAP Ağdaş rayon təşkilatı Gənclər Birliyinin sədri Anar Şahmuradov, rayon təşkilatının və rayon Ağsaqqallar Şurasının üzvü Vaqif Hacıyev çıxış edərək ölkəmizin sürətli inkişafı nəticəsində əldə edilmiş nailiyyətlərin Konstitusiyanı təkmilləşdirmək zərurətini yenidən meydana gətirdiyini və sentyabrın 26-da seçicilərin Konstitusiyaya təklif olunan dəyişikliklərə müsbət yanaşacağına əminliklərini ifadə ediblər.

Sonda 68 nəfərdən ibarət referendum üzrə ilkin təşəbbüs qrupu yaradılıb və “Yeni Azərbaycan” təşəbbüs qrupunda təmsil olunmaq üçün 6 nəfər nümayəndə müəyyənləşdirilib.