YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ucar rayon təşkilatının qərargahında referendum üzrə ilkin təşəbbüs qrupu yaradılıb

Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının qərargahında referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması və təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi ilə bağlı iyulun 28-də toplantı keçirilib.

Toplantını YAP rayon təşkilatının sədri Şəhla Abdullayeva açaraq gündəlikdə duran məsələ barədə yığıncaq iştirakçılarını məlumatlandırıb. Vurğulayıb ki, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı Layihəsinin ümumxalq səsverməsinə (referenduma) çıxarılması barədə dövlətimizin başçısının Sərəncamı istər qanunvericilik, istər icra, istərsə də vətəndaşların hüquq və azadlıqları, onların təhlükəsizliyinin təminatı ilə bağlı müəyyən məsələlərin konstitusion normalarla möhkəmləndirilməsi zərurətindən irəli gəlir. Bu baxımdan Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum aktı günün tələbidir.

Milli Məclisinin deputatı Vüsal Hüseynov toplantıda Konstitusiyaya təklif olunan dəyişikliklərin Azərbaycan Respublikasında gedən inkişafdan, ölkədə vətəndaşların hüquq və azadlıqlarının qorunması, dövlət strukturlarının təkmilləşdirilməsi, respublikanın təhlükəsizlik sisteminin möhkəmləndirilməsi, seçkili orqanlarda iştirak və burada olan baryerlərin aradan qaldırılması zərurətindən irəli gəldiyini bildirib.

Çıxış edən rayon Ağsaqqallar Şurasının sədri Nurəddin Xəlilov “Yeni Azərbaycan” təşəbbüs qrupunun apardığı işlərin öz müsbət nəticəsini verəcəyinə əmin olduğunu deyib.

Sonda 53 nəfərdən ibarət referendum üzrə ilkin təşəbbüs qrupu yaradılıb və təşəbbüs qruplarında təmsil olunmaq üçün 5 nəfər nümayəndə seçilib.