Xəbərlər
Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində monitorinq insidentsiz başa çatıb

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 21-də Azərbaycan Respublikası Tərtər şəhərinin qərbindən keçən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində monitorinq insidentsiz başa çatıb.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.