YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Əbülfəs Qarayev: Məqsədimiz Azərbaycana gələn turistlərin sayını 4 milyona çatdırılmaqdır

«Bazar iqtisadiyyatı olduğuna görə turizm sahəsində qiymətləri sahibkarların özləri tənzimləyirlər. Ancaq onu deyim ki, son iki ildə ötən illə müqayisədə qiymətləri 20% endirməyə nail olmuşuq və hələ də heç bir artım müşahidə olunmur». Bu fikirləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Ə.Qarayev bildirib ki, əgər 2001-ci ildə ölkədə 400 min turist qəbul edilirdisə, indi bu göstərici  2 milyon yarımdan çoxdur. Onun sözlərinə görə, əsas məqsəd növbəti 5 il müddətində Azərbaycana gələn turistlərin sayını 4 milyona çatdırılmasıdır.

«Eyni zamanda, xidmət sahəsində çalışanların peşəkarlıq səviyyəsi artırılır. Bilirsiniz ki, Azərbaycanda 3 ulduzlu otellərin sayı o qədər də çox deyil. Bu da yalnız sərbəst sərmayəçilərin fəaliyyəti nəticəsində əmələ gəlməlidir. Artıq ölkəmizdə 4-5 ulduzlu mehmanxanaların sayı kifayət qədərdir. İndi sərmayəçilər daha çox 3 ulduzlu mehmanxana tikməyə üstünlük verirlər”»- deyə, nazir vurğulayıb.