Xəbərlər
Azərbaycan-Qazaxıstan əməkdaşlığı ilə bağlı məsələlər müzakirə edilib
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyulun 13-də Astanada qazaxıstanlı həmkarı Erlan İdrisovla görüşüb.
Görüşdə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin bu ilin payızında Azərbaycana planlaşdırılan səfərinə hazırlıq işləri, ikitərəfli əməkdaşlığın aktual məsələləri, beynəlxalq ixtisaslaşdırılmış EXPO-2017 sərgisinə hazırlığın gedişi və Azərbaycanın bu tədbirdə iştirakına dair müzakirələr aparılıb.