Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Varşavada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
![](https://yap.org.az/thumb.php?src=https://yap.org.az/upload/images/12e2cc2fc8b04877a9cd84f499697cbd.jpg&w=360)
Polşada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik, İqor Popov, Pyer Andryö və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik ilə görüşüb.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparıldı.