Xəbərlər
Bu ilin ilk 4 ayında ABŞ Azərbaycandan 2,1 milyon barrel neft idxal edib
ABŞ bu ilin yanvar-aprel aylarında 2,1 milyon barrel Azərbaycan nefti idxal edib.
Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) açıqladığı məlumatda deyilir.
Qeyd edək ki, 2015-ci ildə ABŞ-a 4,82 milyon barrel, 2014-cü ildə isə 8,4 milyon barrel Azərbaycan nefti ixrac olunub.