Xəbərlər
Rusiya xarici işlər nazirinin Azərbaycana səfərinin vaxtı açıqlanıb
Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 11-12-də Azərbaycana səfər edəcək.
Bu barədə Rusiya XİN-in rəsmisi Mariya Zaxarova məlumat verib.
Diplomat bildirib ki, səfər çərçivəsində ikitərəfli əməkdaşlığa və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələr aparılacaq.