Xəbərlər
Nazir müavini: "Azerspace-1" peykinin buraxılması layihəsi iqtisadi məqsədyönlüyünü doğrultdu
Azərbaycanın "Azerspace-1" telekommunikasiya peykinin buraxılması layihəsi iqtisadi məqsədyönlüyünü doğrultdu.
Bunu jurnalistlərə Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib. /Trend/
Onun sözlərinə görə, "Azerspace-1" peyki dünyanın peyk sistemləri arasında öz yerini tutub: "Hazırda onun resurslarından bir çox ölkələr istifadə edir və onların sayı daim artır".
E.Vəlizadə qeyd edib ki, hazırda "Azerspace-2" telekommunikasiya peykinin tikintisi üzrə işlər aparılır: "Bu peykin 2017-ci ildə orbitə buraxılması planlaşdırılır".