YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Nəyə görə həmsədrlər öz bəyanatlarında bir dəfə də olsun dinc insanların öz torpaqlarına qayıtmasının zəruriliyini vurğulamayıblar?

«Ermənistana qarşı beynəlxlaq təziyqlər olmasa, işğalçı dövlət sülhə gəlməyəcək». Bu fikri yap.org.az saytına  Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, erməni tərəfi danışıqlar prosesindən sui istifadə edir. Onun sözlərinə görə, işğalçılar sadəcə görüşlərdə iştirak etməklə guya sülh prosesinə maraqlı olduqlarını göstərməyə çalışırlar.

«Amma bu danışıqlarda nəticə olmalıdır. Azərbaycan tərəfi  danışıq xatirinə bu prosesdə iştirak etmək niyyətində olmadığını bəyan edib. Artıq ATƏT-in Minsk qrupu da ölkəmizin mövqeyini anlamaqdadır. Görürlər ki, dövlətimiz mənasız görüşlərdə iştirak edib onların «fəallığına» əsas vermir. ATƏT-in Minsk qrupu regiona gəlib getməklə, bəyanatlar səsləndirməklə guya fəal işlədiklərini nümayiş etdirmək istəyirlər. Amma onların bəyanatlarında da ermənilərin mövqeyi özünü göstərir. Snayperlərin geri çəkilməsi, təmas xəttində insidentlərin araşdırılması və s. çağırışlar münaqişənin həllini sürətləndirməyə xidmət etmir. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, qarşılıqlı etimad mühitinin formalaşması üçün ilk növbədə, torpaqlarımız işğaldan azad olunmalı, 1 milyona qədər insan öz torpaqlarına qayıtmalıdır. Bəs nəyə görə həmsədrlər öz bəyanatlarında bir dəfə də olsun dinc insanların öz torpaqlarına qayıtmasının zəruriliyini vurğulamayıblar? Bu fakt onların hansı məqsədlərə xidmət etdiyini göstərir»- deyə, deputat qeyd edib.  

DİGƏR Xəbərlər Arxiv