YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Göygöldə gənclərlə görüş keçirilib

Göygöl rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində gənclərin vətənpərvərlik ruhunun gücləndirilməsi, Vətənə xidmət anlayışının aşılanması və müasir dövrün tələblərinə uyğun yenilikçi gənclərin yetişdirilməsi məqsədilə “Zəfərdən məsuliyyətə” mözusunda tədbir keçirilib. 

Tədbirdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Gəncə-Daşkəsən Regional Gənclər və İdman idarəsinin rəisi Elşən Hüseynov, Gənclər və İdman sektorunun müdiri Zaur Abbasov, Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə, YAP fəalları, gənclər, orta məktəb müəllimləri və yuxarı sinif şagirdləri iştirak edib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Gəncə-Daşkəsən Regional Gənclər və İdman idarəsinin rəisi Elşən Hüseynov çıxış edərək xalqımızın və dövlətimizin bu günə gəlib çatmasının əsasında məhz Heydər Əliyev şəxsiyyətinin dayandığını vurğulayıb, Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinin inkişafı üçün misilsiz fəaliyyətindən danışıb, Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən Dövlət Gənclər siyasətinin uğurla həyata keçirilməsi nəticəsinə müasir gənc nəslin yetişdiyini və Azərbaycan gənclərinin ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etdiyini bildiriblər. Natiqlər dövlət siyasətinin müsbət nəticələrindən bəhs edib, aparılan məqsədyönlü siyasətin həyatımızın bütün sahələri ilə birgə gənclər sahəsində də yeni-yeni uğurlara imza atdığını və gələcək həyatımızın daha da yüksək təminatı üçün yeni hədəflərin müəyyən olunduğunu qeyd edib. Əsas hədəflərdən birinin gənclərin innovasiya yönümlü potensiallarının aşkarlanması, yaradıcılıq bacarığının təkmilləşdirilməsi və ölkəmizdəki  innovasiya ekosistemində gənclərin iştirakçılığının daha da artırılması olduğunu diqqətə çatdırıblar. Gələcəyin çağırışlarına öz töhfələrini vermələri üçün gənclərin daha da aktiv olmalarının,  təşəbbüskarlıq, ictimai fəallıq və sosial məsuliyyət, yaradıcılıq və innovasiya, komanda ruhu və özünüinkişaf vərdişlərinin aşılanmasının, balanslı həyat və ünsiyyət qurmaq bacarıqlarının artırılmasının  vacibliyini bildiriblər və gənclərin milli mənəvi dəyərlərə bağlılığını daha da gücləndirmələri, ictimai və yaradıcı fəallıqlarını artırmaları, potensiallarını milli prioritetlərə yönəltmələri və cəmiyyətin inkişafında daha fəal iştiraklarını təmin etmələri üçün tövsiyələr veriblər.

Sonra YAP Göygöl rayon təşkilatının əməkdaşı Seymur Əsgərov "Sosial şəbəkələrdə milli mövqe" mövzusunda, Göygöl rayonu üzrə Gənclər və İdman sektorunun əməkdaşı İqbal Musazadə isə "Fiziki və mənəvi hazırlıq" mövzusunda çıxış ediblər. Çıxışlarda gənclərə göstərilən yüksək dövlət qayğısı xüsusi olaraq vurğulanıb, gənclərə göstərilən diqqət və qayğıya görə əbədiyaşar Ulu Öndər Heydər Əliyevə və Respublika Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə yüksək minnətdarlıq ifadə olunub.