Xəbərlər
Komitə sədrinin müavini: Azərbaycan hər zaman demokratik dəyərlərə və insan haqlarının qorunması prinsiplərinə sadiqdir
«Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması və təmin edilməsi istiqamətində çox mühüm addmlar atılır». Bu fikri Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov deyib.
Y.Abramov bildirib ki, dövlətimiz insan hüquq və azadlıqlarının təminatına sadiqdir. Onun sözlərinə görə, dövlət başçısı tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" buna nümunədir.
«Bir sıra beynəlxalq qurumlar da Azərbaycan insan hüquqlarının vəziyyətini müsbət qiymətləndirir. Biz bu sahədə beynəlxalq təşkilatlarla təzyiq altında deyil, bərabərhüquqlu üzv kimi əməkdaşlıq etmək niyyətindəyik. Azərbaycan hər zaman demokratik dəyərlərə və insan haqlarının qorunması prinsiplərinə sadiqdir»- deyə, komitə sədrinin müavini qeyd edib.