Xəbərlər
İtaliyalı pilot Antonio Covinatsi GP2 seriyası üzrə birinci yarışın qalibi olub
GP2 seriyası üzrə yarış artıq başa çatıb. “Prema Racing” komandasının pilotu Antonio Covinatsi birinci olub. Onun trek üzrə ən yaxşı göstəricisi 1 dəqiqə 57,944 saniyə olub.
Rusiyalı pilot Sergey Sirotkin (ART Grand Prix) ikinci, İtaliyalı Rafael Marçello (Russian Time) üçüncü olublar.
Mükafatçılara kuboku gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Olimpiya çempionu Namiq Abdullayev təqdim ediblər.